dövlat sözündən olub, dilimizdə əsasən iki mənada işlənir: 1. Ölkənin hakim sinfini, mövcud idarə üsulunu qorumaq və başqa siniflərin müqavimətini aradan qaldırmaq məqsədi daşıyan siyasi təşkilat, habelə bu cür siyasi təşkilatı olan ölkənin özü; 2. Sərvət, mal, mülk, zənginlik, var-dövlət, pul və başqa maddi nemətlərin məcmusu. Dövlət kişi adı sözün ikinci mənası ilə əlaqədardır.
C.Cabbarlı “Aydın” əsərində yaratdığı sərvət, pul düşkünü olan surətə də bu adı vermişdi. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Dövlət bu gün yalnız soyadlarda və mürəkkəb antroponimlərin tərkibində yaşayan kişi adlarındandır. Azərbaycanda Dövlətov, Dövlədadə soyadlarına hələ də kifayət qədər rast gəlinir, bu da məişətimizdə yaxın keçmişə qədər adın geniş yayıldığına dəlalət edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti