Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CABBAR ərəb.

cabbar sözü dilimizə tərcümədə bir neçə yaxın məna ifadə edir: 1. Məcbur etmək, məcburən qəbul etdirmək; 2. Əzəmətli; 3.Qüdrətli, qüdrət sahibi, qadir. Cabbar kişi adı əzəmətli, qüdrət sahibi olduğundan istədiklərini qəbul etdirə bilən anlamını ifadə edir. Allahın məlum 99 adından biri də əl-Cəbbardır. Əl-Cabbar dilədiyini zorla məcbur etdirmə gücünə malik olan (Tanrı) mənasındadır.

Abdulcabbar kimi də işlənir. Adın daşıyıcılarından xanəndə, şair, musiqi xadimi, Azərbaycanın Xalq Artisti Cabbar Qaryağdıoğlu (əsl adı Cabbar Məşədi İsmayıl oğlu, 1868-1944) Azərbaycan Konservatoriyasının yaradıcılarından biri olmuşdur. Geniş diapazonlu gözəl tembri, güclü səsinə görə musiqi ictimaiyyəti onun səsini italyan müğənnisi E.Karuzo ilə müqayisə edirdi. “Şahsənəm” operasının yazılmasında R.Qliyerə kömək etmişdir. S.Yesenin Cabbar Qaryağdıoğlunun “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdı.

Azərbaycan şəxs adlarının izahlı lüğəti