1. Yapışdırmaq, bir-birinə calamaq, qovuşdurmaq, bir-birinə bənd etmək. □ Elektrik məftillərini birləşdirmək. Sınmış hissələri lehimlə birləşdirmək.
2. Bir neçə, yaxud bir çox şeyi bir araya toplayıb bir tam halına salmaq. □ Müəssisələri birləşdirmək. Sənayenin eyni tipli sahələrini birləşdirmək.
3. Aralarında vəhdət, birlik yaratmaq. □ Dəstənin apardığı çətin iş onları yumruq kimi birləşdirmişdi. (S.Rəhimov).
4. İctimailəşdirmək, ümumiləşdirmək. □ Təsərrüfat alətlərini birləşdirmək.
5. Aralarında əlaqə yaratmaq, rabitə yaratmaq, bağlamaq. □ İki şəhəri bir-biri ilə şose ilə birləşdirmək. Məni telefonda şəhərlə birləşdirin. Çayın hər iki sahilini körpü ilə birləşdirmək.
6. Qovuşdurmaq, yaxınlaşdırmaq. □ Tale onları birləşdirdi.
7. Məcazi mənada: uyğunlaşdırmaq, uzlaşdırmaq, əlaqələndirmək, bağlamaq. □ Nəzəriyyə ilə təcrübəni birləşdirmək. O, cəsarətlə soyuqqanlığı birləşdirə bilir.