Reklam
Reklam

Tarix terminləri lüğəti

Beynəlxalq Himayəçilik Sistemi

Birləşmiş Millətlər Təşkilatı (BMT) nizamnaməsinin XII fəslinə uyğun olaraq 1945-ci ildə yaradılmış təsisat.

BHS-nin yaradılması gedişində BMT-nin əsas orqanlarından biri olan Himayəçilik Şurası da təsis edilib. Himayəçilik Şurası BHS-nə daxil olan ərazilərdə idarəçiliyin həyata keçirilməsinə nəzarət edib. BHS-nin əsas məqsədi həmin ərazilərin əhalisinin siyasi, iqtisadi və mədəni inkişafına yardım göstərməkdən ibarət olub. BMT Təhlükəsizlik Şurasının 10 noyabr 1994-cü il tarixli 956 saylı qətnaməsi ilə BHS ləğv edilib. Buna səbəb BHS-nin nəzarəti altında olan 11 ərazidən sonuncusunun – Sakit okeandakı Palau adasının öz müqəddəratını təyin etmək hüququndan yararlanaraq müstəqilliyini elan etməsi olub.

Tarix terminləri lüğəti