bayat sözü dilimizdə bir neçə mənada işlənir: 1. Vardövlətli, bol nemətli, varlı, imkanlı, zəngin; 2. Allah, Tanrı; 3. Tanrının siması, üzü; 4. Köhnəlmiş, təzə olmayan, boyat; 5. Dəbdə olmayan; 6 Dadsız. Bayat şəxs adı sözün üçüncü mənası ilə əlaqədar olub, Yaradanın (Allahın) üzü anlamını ifadə edir.
Bayat sözü barədə müxtəlif araşdırmalarda fərqli fikirlər də mövcuddur. Məlum olduğu kimi, hələ “KitabiDədə Qorqud” dastanlarında Bayat tayfası haqqında məlumatlara rast gəlinir. XII əsrdə Mahmud Kaşğari özünün “Divanülüğət əttürk” əsərində Boyat qəbiləsinin adını çəkmiş və onu Oğuz tayfasının bir qolu kimi göstərmişdir. O, bu sözün ulu Tanrı mənasını verdiyini qeyd etmişdir. XV əsr türkuyğur şairi, alim Yusif Balasaqunlu özünün məşhur “Qutadqu biliq” əsərində Bayat adını qeyd edir. Cozef Toğan göstərir ki, Bayatlar Çingiz xanın köləsi deyil, onun ətrafında toplaşan bir çox qəbilələrdən biri olmuşdur. Bayat adını Oğuz xanın nəvəsi, Gün xanın oğuz ordusunun sağ qoluna başçılıq etmiş ikinci oğlu daşımışdır. Tayfanın adı da onun adı ilə əlaqələndirilir. Bayat ğuz tayfalarından biri olan Bayat tayfasının, xalqının adındandır. Araşdırmalarda göstərilir ki, Asiyanın geniş ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa çayı boylarına qədər izləri görünən bayatların tarixi varlığı haqqında tarixi mənbələrdə geniş məlumatlar vardır. Boyat/Bayat/Bayatlılar/Sincan Boyat/QızıltəpəBoyat/Boyatansüxtə/Bayatlı/Keşlakbayat/Əlbayat/Boqayat (Tanrı odu) və s. paralelləri olan bu adın müxtəlif ərazilərdə, o cümlədən Azərbaycanda da arealları vardır. Qiyasəddin Qeybullayev, Tofiq Əhmədov, Afad Qurbanov da Boyat tayfalarının Azərbaycandakı yaşayış ərazilərini göstərərək Azərbaycana gəlmə tarixini qeyd etmişlər. Azərbaycan ərazisində Ağcabədi, Ucar, Neftçala və Şamaxı, Dəvəçi bölgələrində Bayat kənd adı, Dərbənddə Boyatlar məhəlləsi var. Qərbi Azərbaycanın Quqark (Qarakilsə) rayonunda Bayatlar kəndi olmuşdur. Məlum olduğu kimi, Məhəmməd Füzuli də Boyat boyundandır. Qarabağın – indiki Ağcabədinin Boyat kəndində anadan olmuşdur və İraqa da həmin mahaldan köçüb getmişdir. M.P.Vaqif, XV əsrdə yaşamış məşhur tarixçi, “Camicəmayin” əsərinin müəllifi Həsən Bayati, XII əsrdə yaşayıbyaratmış Bayat Abbas, türk şairi Yəhya Kamal Bayatlı, XX əsrdə xalq şairi Səməd Vurğunun da bu boya mənsub olması barədə məlumatlar mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti