bulud sözünün bir necə mənası vardır: 1. Yer səthindən yuxarıda, səmada qatı təbəqə şəklində toplanan və yenidən yağıntı (qar, yağış) şəklində yerə enən su yığını; 2. Uzunsov, girdə, dayaz, iri boşqab; 3. Dənizdən çıxarılan və əslində bitkiyəbənzər bir heyvanın bədənindən ibarət olan çox elastik, yumşaq və məsaməli bir cisim (silmək, bədəni yumaq və s. üçün işlədilir). Məcazi mənada isə bulud sözü təhlükə, qorxu, tutqunluq (çox zaman da “qara” sözü ilə birlikdə) mənasında işlənir.
Bulud/Bulut şəxs adı sözün birinci mənası ilə əlaqədardır. Adın təhrif olunmuş forması Bulut da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti