bayram sözü tarixi, milli, dini və s. hadisələrlə bağlı keçirilən günlərdəki şənlik, şadlıq, təntənə, şadyanalıqlar, həmçinin əyləncə, oyun mənasında işlədilir.
“Bay”– böyük, “ram” – şadlıq, yəni “böyük şadlıq” mənasını daşıyır. Bildiyimiz kimi, həm ”Ramayana”da, həm də “Avesta”da Tanrının “Ram”, “Rama”, “Ramana” adlarına rast gəinir. Şəxs adına gəlincə, məlum olduğu kimi, Azərbaycanda çox zaman övlad gözləyən ailələrdə oğlan övladının dünyaya gəlməsi sanki bir şadyanalığa səbəb olur, yeni doğulmuş körpəyə də Bayram adı qoyulur. Bəzən də bayram günlərində dünyaya gələn oğlan uşaqlarına verilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti