Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

atmaq [atmax] feil

1. Bir şeyi əlindən buraxaraq yaxına, ya uzağa tullamaq, fırlatmaq.Nisa kömür qabını yerə atıb gəldi (Mir Cəlal).
2. Bir şeyi hündür yerdən aşağı tullamaq, salmaq.Lövbəri dənizə atmaq. Damın qarını atmaq.
3. Salmaq.Həbsə atmaq.
4. Tərk etmək, buraxmaq, üz döndərmək.Arvad-uşağını atmaq. İşi atmaq.
5. Məcazi mənada: əl çəkmək, tullamaq, tərk etmək. Papirosu atmaq. İçkini atmaq.
6. Rədd etmək, əməl etməmək.Qardaşımın sözünü ata bilmədim (M.S.Ordubadi).
7. Doldurulmuş tüfəngdən, tapançadan, topdan və s. silahdan atəş açmaq.Tüfəng atmaq. Top atmaq. Pulemyot atmaq.
8. Məcazi mənada: vurmaq, öldürmək, yaralamaq.Quş atmaq.
9. Örtmək, salmaq, sərmək.Üstünə yorğan atmaq.
10. Səpmək.Toxum atmaq.
11. Sökülmək.Əsəbilikdən yumruqları ilə ciblərini elə aşağı basdı ki, az qaldı paltarın tikişi atsın (Mir Cəlal).
12. Döyünmək, vurmaq, tərpənmək.Ürəyi atmaq. Nəbzi atmaq.
13. Çıxarmaq, buraxmaq, pozmaq. Məqalənin birinci abzasını atmaq.
14. Məcazi mənada: uzatmaq.Bəzən adama elə gəlir ki, əlini dağların təpəsinə atsan, ulduzları tuta biləcəksən (S.Rüstəm).
15. Məcazi mənada: içmək.
16. Bir sıra isimlərin yanına gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir.Can atmaq, kif atmaq, əl atmaq, addım atmaq, püşk atmaq.
17. Məcazi mənada: aldatmaq, vədinə xilaf çıxmaq.

Həmçinin bax:

frazeologizm: abrını çölə atmaq frazeologizm: abrını itə atmaq frazeologizm: addım atmaq frazeologizm: ağzına atmaq frazeologizm: ağzına bir şey atmaq frazeologizm: ağzına dil vermək (atmaq) frazeologizm: ağzına sümük atmaq frazeologizm: araya yaylıq atmaq frazeologizm: arı yeyib namusu atmaq frazeologizm: aşıq atmaq frazeologizm: atılan dırnağına da dəyməz frazeologizm: atmaca atmaq frazeologizm: ayağının altına dəmir atın frazeologizm: bayıra atmaq frazeologizm: beyninin qapağı atmaq frazeologizm: bəxtinə təpik (şıllaq) atmaq frazeologizm: bir adamın toyuğuna “kiş” deməz (daş atmaz) frazeologizm: bir çanaq darı atsalar, biri də yerə düşməz frazeologizm: bir qəpiyə (şahıya) güllə atmaq frazeologizm: bostanına daş atmaq frazeologizm: boy atmaq frazeologizm: boynuna atmaq (yıxmaq) frazeologizm: boynundan atmaq frazeologizm: böhtan atmaq frazeologizm: can atmaq frazeologizm: canını çölə atmaq frazeologizm: cavanlığın daşını atmaq frazeologizm: çamır atmaq frazeologizm: çəltik atmaq frazeologizm: çölə atılan dırnağına da dəyməz frazeologizm: çölə atmaq frazeologizm: çöp atmaq frazeologizm: çörəyinə təpik atmaq frazeologizm: dağa əl atsa, yerindən qoparar frazeologizm: dala atmaq frazeologizm: daldan atılan daş frazeologizm: dan atmaq frazeologizm: daş atıb başını tutmaq frazeologizm: daş atmaq frazeologizm: daşını atmaq frazeologizm: dibinə daş atmaq frazeologizm: düzdə gedə bilməyib şumda şıllaq atmaq frazeologizm: elə bil qurbağa gölünə daş atdılar frazeologizm: əl atmaq frazeologizm: əlcək atmaq frazeologizm: əlini çör-çöpə atmaq frazeologizm: əlini kol-kosa atmaq frazeologizm: əl-qol atmaq frazeologizm: əyri yola əl atmaq frazeologizm: fırıldağa əl atmaq frazeologizm: geriyə atmaq frazeologizm: göz atmaq frazeologizm: gözü atmamaq frazeologizm: günahı boynundan atmaq frazeologizm: heç kəsin toyuğuna daş atmamaq frazeologizm: hiyləyə əl atmaq frazeologizm: ilk addım atmaq frazeologizm: imza atmaq frazeologizm: irəli atmaq frazeologizm: itə atsan, gözü ağarar frazeologizm: iynə atsan, yerə düşməz frazeologizm: kasıblığın daşını atmaq frazeologizm: kəllə atmaq frazeologizm: kəlləni yerə atmaq frazeologizm: kif atmaq (bağlamaq) frazeologizm: kisəsinə daş atmaq frazeologizm: kökünə daş atmaq frazeologizm: kölgəsinə güllə atmaq frazeologizm: qabağa atmaq frazeologizm: qabağına sümük atmaq frazeologizm: qara qəpiyə güllə atmaq frazeologizm: qaranlığa daş atmaq frazeologizm: qaranlıq quyuya daş atmaq frazeologizm: qarmaq atmaq frazeologizm: qaş-göz atmaq frazeologizm: qaza atdım, qoza dəydi frazeologizm: qəpiyə güllə atmaq frazeologizm: qol atmaq frazeologizm: qol-budaq atmaq frazeologizm: qurbağa gölünə daş atmaq frazeologizm: ləkə vurmaq (yaxmaq, atmaq) frazeologizm: mitilini bayıra atmaq frazeologizm: motal atmaq frazeologizm: ocağa odun atmaq frazeologizm: oda atmaq (salmaq) frazeologizm: oxu atıb yayını gizlətmək frazeologizm: on şahıya güllə atmaq frazeologizm: ortalığa atmaq frazeologizm: öhdəsinə atmaq (buraxmaq) frazeologizm: özül atmaq frazeologizm: özünü oda atmaq frazeologizm: özünü oda-közə vurmaq (atmaq) frazeologizm: özünü ortaya salmaq (atmaq) frazeologizm: papağını göyə atmaq frazeologizm: rəml atmaq frazeologizm: saman çöpünə əl atmaq frazeologizm: sapanda qoyub atmaq frazeologizm: səsini başına atmaq frazeologizm: sobaya odun atmaq frazeologizm: söz atmaq frazeologizm: subaylığın daşını atmaq frazeologizm: şələ-küləsini bayıra atmaq frazeologizm: şər atmaq frazeologizm: Tanrısına təpik atmaq frazeologizm: ürəyindən çıxarıb atmaq frazeologizm: üstünə atmaq (yıxmaq) frazeologizm: yaddaşı pas tutmaq (atmaq) frazeologizm: yetənə yetir, yetməyənə bir daş atır frazeologizm: yükü üzərindən atmaq Azərbaycan dilinin izahlı lüğəti