mürəkkəb adların tərkibində işlənən Allah və Bağıç adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Allahbağış (bax: ad – BAĞIŞ) kişi adı Tanrının bəxş etdiyi (övlad), bağışladığı (övlad), Tanrının hədiyyəsi anlamına gəlir. Ümumiyyətlə, Azərbaycan dilində birinci tərəfi Allah sözü olan mürəkkəb şəxs adları çoxluq təşkil edir. 1920-1990-cı illər arasında mövcud şəxs adları lüğətlərində, demək olar ki, bu qəbildən olan adlarla bağlı izahlar verilməsin deyə belə adlara lüğətlərdə təsadüfi hallarda (özü də izahı verilmədən) yer verilirdi. Adın təhrif olunmuş forması Allahbaxış sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti