Onlayn lüğət

Ən son əlavə edilənlər

1

a-dan ze-yə

a-dan ze-yə frazeoloji birləşməsinin mənası. a-dan ze-yə idiomunun izahı

əvvəldən axıra, bütövlükdə əhatə etməklə; ~ alfadan omeqaya....    Ətraflı

2

abır gözləmək

abır gözləmək frazeoloji birləşməsinin mənası. abır gözləmək idiomunun izahı

həya etmək, hörmətini, nüfuzunu qorumaq; ~ namusuna qısılmaq, abır-həya saxlamaq....    Ətraflı

3

abır qoymamaq

abır qoymamaq frazeoloji birləşməsinin mənası. abır qoymamaq idiomunun izahı

1. Bərk danlamaq, məzəmmət etmək, töhmətləndirmək; ~ abrını ətəyinə bükmək, abrını tökmək (aparmaq), abrını vermək (almaq), ağ yuyub qara sərmək, q...    Ətraflı

4

abır-həya saxlamaq

abır-həya saxlamaq frazeoloji birləşməsinin mənası. abır-həya saxlamaq idiomunun izahı

həya etmək, hörmətini, nüfuzunu qorumaq; ~ namusuna qısılmaq, abır gözləmək....    Ətraflı

5

abır-həyanı itirmək

abır-həyanı itirmək frazeoloji birləşməsinin mənası. abır-həyanı itirmək idiomunun izahı

həyasızlaşmaq, ar eləməmək, heç nədən utanıb-çəkinməmək; ~ pərdəni götürmək, arı-namusu yemək....    Ətraflı

6

abırdan düşmək

abırdan düşmək frazeoloji birləşməsinin mənası. abırdan düşmək idiomunun izahı

biabır olmaq, hörmətsiz olmaq, nüfuzuna xələl gəlmək....    Ətraflı

7

abırdan salmaq

abırdan salmaq frazeoloji birləşməsinin mənası. abırdan salmaq idiomunun izahı

rüsvay etmək, biabır etmək, aşağılamaq; ~ nüfuzdan salmaq, adamlıqdan salmaq, itin sözünü demək....    Ətraflı

8

abra düşmək

abra düşmək frazeoloji birləşməsinin mənası. abra düşmək idiomunun izahı

lazımi şəklə, sahmana, qaydaya düşmək....    Ətraflı

9

abra mindirmək

abra mindirmək frazeoloji birləşməsinin mənası. abra mindirmək idiomunun izahı

səliqə-sahman yaratmaq, bir şeyin görünən, zahiri tərəfinə daha çox fikir vermək; ~ yaraşığa gətirmək, abra salmaq....    Ətraflı

10

abra salmaq

abra salmaq frazeoloji birləşməsinin mənası. abra salmaq idiomunun izahı

bax: abra mindirmək....    Ətraflı

11

abrı getmək (tökülmək)

abrı getmək (tökülmək) frazeoloji birləşməsinin mənası. abrı getmək (tökülmək) idiomunun izahı

biabır olmaq, rüsvay olmaq; ~ üzünün suyu getmək (tökülmək)....    Ətraflı

12

abrına qısılmaq

abrına qısılmaq frazeoloji birləşməsinin mənası. abrına qısılmaq idiomunun izahı

nüfuzunu, hörmətini qorumaq üçün susmağa məcbur olmaq;
~ namusuna qısılmaq, abır gözləmək, abır-həya saxlamaq....    Ətraflı

13

abrını çölə atmaq

abrını çölə atmaq frazeoloji birləşməsinin mənası. abrını çölə atmaq idiomunun izahı

şərəfini, mənliyini, şəxsi ləyaqət hissini itirmək; ~ namusunu itirmək....    Ətraflı

14

abrını ətəyinə bükmək

abrını ətəyinə bükmək frazeoloji birləşməsinin mənası. abrını ətəyinə bükmək idiomunun izahı

bərk danlamaq, töhmətləndirmək, biabır etmək; ~ abrını vermək (almaq), abrını tökmək (aparmaq), sıxıb suyunu çıxartmaq, ağ yuyub qara sərmək, üzünü...    Ətraflı

15

abrını itə atmaq

abrını itə atmaq frazeoloji birləşməsinin mənası. abrını itə atmaq idiomunun izahı

bax: abrını çölə atmaq....    Ətraflı

16

abrını tökmək (aparmaq)

abrını tökmək (aparmaq) frazeoloji birləşməsinin mənası. abrını tökmək (aparmaq) idiomunun izahı

bax: abrını vermək (almaq)....    Ətraflı

17

abrını vermək (almaq)

abrını vermək (almaq) frazeoloji birləşməsinin mənası. abrını vermək (almaq) idiomunun izahı

danlamaq, məzəmmət etmək, töhmətləndirmək; ~ abrını ətəyinə bükmək, abır qoymamaq, ağ yuyub qara sərmək, abrını tökmək (aparmaq), üzünün suyunu tök...    Ətraflı

18

ac qoymaq

ac qoymaq frazeoloji birləşməsinin mənası. ac qoymaq idiomunun izahı

ruzisini kəsmək, gəlir mənbəyindən məhrum etmək, dolanışığına qəsdən mane olmaq; ~ çörəyinə bais olmaq, çörəyini kəsmək....    Ətraflı

19

ac qulağım, dinc qulağım

ac qulağım, dinc qulağım frazeoloji birləşməsinin mənası. ac qulağım, dinc qulağım idiomunun izahı

riskli işlərə girişməmək, mübahisələrə qoşulmamaq, qətiyyətli olmamaq mənasında işlədilən ifadə;...    Ətraflı

20

ac-yalavac qoymaq

ac-yalavac qoymaq frazeoloji birləşməsinin mənası. ac-yalavac qoymaq idiomunun izahı

hər şeydən məhrum etmək, var-yoxunu əlindən almaq, müflis etmək, dilənçi halına salmaq; ~ ac qoymaq....    Ətraflı