Onlayn lüğət

Ən son əlavə edilənlər

21

adaptasiya

1. Canlı orqanizmin quruluş və funksiya baxımından başqa şəraitə uyğunlaşması, yeni mühitə alışma.
2. Mühacirlərin köç etdikləri ölkədə yerli qanun...    Ətraflı

22

adapter

1. Bir sistemdən başqa sistemə, bir formatdan başqa formata, qeyri-standartdan standarta keçməyi təmin edən elektromaqnit və ya mexaniki qurğu; uyğ...    Ətraflı

23

adekvat

Uyğun gələn, eyni, bərabər; müəyyən bir əməllə ona qarşı reaksiyanın uyğunluğu....    Ətraflı

24

adenoid

Burun-udlaq, boğaz və damaq badamcıqlarının limfatik törəmələrinin (düyünlərinin) böyüməsi....    Ətraflı

25

adenoma

Vəzili orqanlarda (süd vəziləri, yumurtalıqlar, qaraciyər, mədə, böyrəklər, qalxanabənzər vəzi və s.) əmələ gələn xoşxassəli şiş. □ A. bəzi hallard...    Ətraflı

26

admin

Məlumat bazaları və informasiya sistemlərini idarə edən, onların səmərəli istifadəsini reallaşdıran şəxs; “administrator” sözünün qısaldılmış forması....    Ətraflı

27

administrasiya

1. İdarəetmə sferasında inzibatçılıq.
2. Hər hansı qurumun rəhbərlik aparatının ümumiləşmiş adı....    Ətraflı

28

administrator

İdarə edən, inzibatçı....    Ətraflı

29

adrenalin

Böyrəküstü vəzilərin “beyin” qatının hormonu və ya bu hormonun süni yolla alınmış oxşarı. □ A. orqanizmdə maddələr mübadiləsini artırır, qanda şəkə...    Ətraflı

30

adres

Yubiley münasibətilə, yaxud başqa bir münasibətlə bir şəxsə, ya təşkilata kollektiv və s. tərəfindən təqdim edilən təbrik, açıqca....    Ətraflı

31

advayzer

Avropanın bəzi ölkələrində tələbənin, aspirantın, tədqiqatçının elmi məsləhətçisi, kuratoru....    Ətraflı

32

adyunktura

Hərbi təhsil müəssisəsində dоktоranturaya bərabər tutulan yüksəkiхtisaslı elmi-pedaqоji kadrların hazırlanması mərhələsi....    Ətraflı

33

aero...

Müxtəlif sözlərə qoşularaq hava, fəza ilə bağlı mənalar yaradır; məs.: aerobus, aerostat....    Ətraflı

34

aerobika

Ritmik musiqi sədaları altında müxtəlif hərəkətlərlə müşayiət olunan gimnastika; ritmik rəqs....    Ətraflı

35

aerobus

Orta və uzaq məsafələrə uçan, çox sərnişin tutan təyyarə....    Ətraflı

36

affekt

Bəzi insanlarda qəflətən yaranan, nisbətən qısamüddətli, güclü və coşqun emosional vəziyyət. □ Psixologiya elmi A. vəziyyətini zorakılıq, ağır təhq...    Ətraflı

37

affiks

Sözün sonuna (azadlıq), əvvəlinə (natəmiz), iki sözün arasına (rəngbərəng) və s. artırılan leksik və ya qrammatik şəkilçi, morfem....    Ətraflı

38

aforizm

Formasına görə yığcam, mahiyyətinə görə dərin məzmunlu kəlam; dərin mənalı fikri ifadə edən söz birləşməsi və ya cümlə; hikmətli söz....    Ətraflı

39

agent

1. Hər hansı xidməti və ya xüsusi tapşırığı yerinə yetirən, başqasının göstərişi ilə (gizli, yaxud açıq) iş görən şəxs.
2. Reklam, sığorta, kommers...    Ətraflı

40

ajiotaj

Hər hansı iş və ya hadisə ətrafında maraqların toqquşmasından doğan əsassız təşviş; bir şeyin qeyri-adi kimi qələmə verilməsi cəhdi, konkret bir mə...    Ətraflı