Onlayn lüğət

Ən son əlavə edilənlər

22

ağazı-dastan

Qədim türk ədəbiyyatında dastan və ya hekayənin başlanğıcı, girişi.  Şərq ədəbiyyatında olan dibaçəni xatırladır....    Ətraflı

23

ağı

Folklor janrlarından biri; ölümlə bağlı olub qüssə, dərd, kədər ifadə edən lirik-dramatik söyləmə; edi.  Qədim türklərdə A., əsasən, qopuz aləti ilə müşayiət olunub....    Ətraflı

24

ağıçı

Ağı söyləyən peşəkar ifaçı; ölüm, faciə münasibətilə ağı nümunəsi yaradan şəxs; ediçi.  Azərbaycan kəndlərində təziyə məclislərində A.-lara indi də təsadüf edilir. On...    Ətraflı

26

ahəngdarlıq

Əsasən, nəzm əsərlərini səciyyələndirən yüksək bədii keyfiyyət: səslərin, sözlərin və s.-nin uyarlığı; harmoniya.  Bədii əsərdə ahəngdarlığı şərtləndirən poetik param...    Ətraflı

27

akademik nəşr

İlkin mənbələr və yüksək elmi tələblər əsasında hazırlanmış nəşr.  A.N. folklor nümunələrinin, klassik və müasir ədiblərin, habelə alimlərin əsərlərinin ilkin mənbələ...    Ətraflı

28

akın

Qazax, qırğız və bəzi başqa türk xalqlarında el şairi və nəğməkarı.  A.-lar mahnılarını çalğı aləti dombranın müşayiəti ilə ifa edirlər. Qazax A.-ı Cambul Cabayevin (...    Ətraflı

29

akmeizm

1910-cu illərin əvvəllərində Rusiyada yeni estetik meyilləri əks etdirən ədəbi cərəyan.  A. poeziyası, ilk növbədə, individualizm, estetizm və formalizmlə xarakterizə...    Ətraflı

30

akrostix

Misralarının ilk və ya son hərfləri müəyyən söz və ya ifadə əmələ gətirən şeir.  A.-in yazılması müəllifdən yüksək məharət, təcrübə və peşəkarlıq tələb edir. Çünki fo...    Ətraflı

31

akroteza

Antitezanın növlərindən biri: hər hansı bir fikrin və ya əlamətin ona əks olan fikri inkar etməklə vurğulanan təsdiqi.  Bu zaman, adətən, əvvəlcə inkar olunan fikir,...    Ətraflı

32

alba

Orta əsrlərdə trubadur poeziyasının janrlarından biri.  A.-nın əsas mövzusunu senyorun (ağanın) arvadı ilə cəngavərin görüşü təşkil edir. Bu şeirlərdə eyni situasiya...    Ətraflı

33

albom

Əsasən, illüstrasiyalardan (foto, rəsm əsərlərindən) ibarət olan kitab.  Adətən, illüstrasiyalar izah və şərhlərlə müşayiət olunur....    Ətraflı

34

albom ölçüsü

Kağızın eninə oriyentasiyasını nəzərdə tutan ölçü göstəricisi; eni hündürlüyündən çox olan nəşr formatı....    Ətraflı

35

aleksandriya şeir forması

On iki hecalı fransız şeir forması.  Misraların ortasında sezura, altıncı və on ikinci hecalarda mütləq vurğu tələb edir. Misralar cüt-cüt qafiyələnib beyt əmələ gəti...    Ətraflı

36

alleqoriya

Bədii əsərdə mücərrəd fikir və anlayışların konkret və şərti obrazlar vasitəsilə ifadəsi.  A.-dan təmsil, nağıl, habelə satirik əsərlərdə daha çox istifadə edilir. Be...    Ətraflı

37

alliterasiya

Nitqdə ahəngdarlığı gücləndirmək məqsədilə eyni və ya səs məxrəci yaxın olan samit səslərin təkrarı; məs.: uma-uma döndüm muma.  A. bədii ahəng və intonasiyanı qüvvət...    Ətraflı

38

allüziya

Üslubi fiqur: hər hansı fikri daha qabarıq ifadə etmək üçün məşhur deyimlərin və ya şəxs adlarının işlədilməsi.  Bu cür ifadələr konkret rəvayət və ya şəxs adı ilə as...    Ətraflı

39

almanax

Müxtəlif müəlliflərin eyni mövzu və ya janrda yazılmış bədii, elmi əsərlərindən ibarət qeyri-dövri məcmuə.  İlk ədəbi A.-lar XVIII əsrin ortalarında Fransada, həmin ə...    Ətraflı

40

alogizm

Bədii əsərdə məntiqi əlaqənin bilərəkdən pozulması.  A.-dən ədəbiyyatda bədii vasitə kimi, əsasən, komik effekt yaratmaq məqsədilə istifadə olunur. Əsərdə heç bir mən...    Ətraflı