Onlayn lüğət

Ən son əlavə edilənlər

81

ağa

ağa sözünün mənşəyi, ağa sözünün etimologiyası

“Hündür”, “yuxarı” deməkdir. Bəzi türk dillərində əkə, yekə şəklində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

82

Ağabala

Ağabala sözünün mənşəyi, Ağabala sözünün etimologiyası

(Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

83

ağac

ağac sözünün mənşəyi, ağac sözünün etimologiyası

Dilimizdə bircə səsdən ibarət olan və “bitki” mənasını verən ı sözü olub. Onun da əsasında ığac (ağac, yığac) kəlməsi yaranıb. Ağac sözünün qədim mənası “hündür bitki” demək olub (kol və s. ilə müqayisədə ağac çox hündür olur).İkinci ehtimal da mümkündür: mənbələrdə ağac kəlməsinin yığac, yış for...    Ətraflı

84

ağacdələn

ağacdələn sözünün mənşəyi, ağacdələn sözünün etimologiyası

Ağac və dəlmək sözlərindən əmələ gəlib. Bu quş ağac koğuşlarını dimdikləyir (dəlir) və oradakı cücülərlə qidalanır. Bəzi türk dillərində (və bizim bəzi dialektlərimizdə) ağacqaxan formasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

85

ağaclıq

ağaclıq sözünün mənşəyi, ağaclıq sözünün etimologiyası

Ağac məlumdur; -lıq omonim şəkilçidir, onun bir mənası qabaqlar, rusca “изобильно” mənasını verən müstəqil sözlə bağlı olub (bəzi türk dillərində lığa formasında ində də işlədilir). Dialektlərimizdə “çox doldurmaq” mənasını verən lığlamaq (lıxlamaq) sözü işlədilir. Lığcım, lığcam sözləri “ağzına...    Ətraflı

86

Ağadadaş

Ağadadaş sözünün mənşəyi, Ağadadaş sözünün etimologiyası

Ağa “böyük” deməkdir. Ağadadaş “böyük dadaşdır”(həm ad kimi işlədilir, həm də kiçiklərin böyüklərə müraciət formasıdır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

87

Ağamalı

Ağamalı sözünün mənşəyi, Ağamalı sözünün etimologiyası

İki yozumu var:
1. “Ağaya layiq olan mal”.
2. “Mənim ağam Əlidir”. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

88

Ağaməhəmməd

Ağaməhəmməd sözünün mənşəyi, Ağaməhəmməd sözünün etimologiyası

Fars izafətinin qəlibi üzrə “Məhəmməd ağa” mənasında Ağayi-Məhəmməd Ağaməhəmmədə çevrilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

89

Ağaməmməd

Ağaməmməd sözünün mənşəyi, Ağaməmməd sözünün etimologiyası

Ağa və Məhəmməd sözlərindən əmələ gəlib, sonra sadələşib. Ağa öz sözümüzdür, Məhəmməd isə ərəbcədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

90

Ağanəzər

Ağanəzər sözünün mənşəyi, Ağanəzər sözünün etimologiyası

“Ağanın nəzərində saxlanılan” deməkdir. Ağa bizim sözdür, nəzər isə ərəb mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

91

ağartmaq

ağartmaq sözünün mənşəyi, ağartmaq sözünün etimologiyası

“Göz ağartmaq” deyirik, ağart (alart variantı da olub) odla bağlıdır: göz­dən sanki od püskürür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

92

Ağası

Ağası sözünün mənşəyi, Ağası sözünün etimologiyası

Ağa sözündən və üçüncü şəxsin mənsubiyyət şəkilçisindən düzəlib. C.Cabbarlı Sona xanıma Sonası dediyi kimi, bəzi adamlar da böyüyünə Ağası deyib. Daha inandırıcı yozum: ağa sözü İmam Əliyə işarədir (məs: Əlimərdan – “mərdlərin ağası” kimi yozulur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

93

Ağayar

Ağayar sözünün mənşəyi, Ağayar sözünün etimologiyası

Ağa bizim sözdür, yar farsca “dost” deməkdir. Ağayar “ağanın dostu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

94

ağbağır

ağbağır sözünün mənşəyi, ağbağır sözünün etimologiyası

İndi “qorxaq” anlamında işlədilir. Ağ ciyər (bağır) qəzəb, hiss-həyəcan mən­­bəyidir və ona qabaqlar “öfkə” deyilib. Həmin sözün bir mənası mənbələrdə “qəzəb” kimi açıqlanıb. Deməli, ağbağır qəzəblə bağlı olaraq “qorxaq” mənasını kəsb edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

95

ağbığ

ağbığ sözünün mənşəyi, ağbığ sözünün etimologiyası

Ağbuğ, ağbuğum variantları da var. Barama qurdunun xəstəliyidir: qurd şişir, belində ağ sızaqlar əmələ gəlir, irinli olur. “Ağ” rəngdədir “buğum” isə qurdun be­lindəki kərtikləri bildirir. Heyvanın dilində də özünü göstərir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

96

Ağca

Ağca sözünün mənşəyi, Ağca sözünün etimologiyası

Ağ sözü ilə bağlıdır, (Ağgül də bununla qohumdur). Qaraca, Göyçə adları da həmin qəlib üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

97

ağcaqanad

ağcaqanad sözünün mənşəyi, ağcaqanad sözünün etimologiyası

Qanadları ağ olduğundan belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

98

ağcaqayın

ağcaqayın sözünün mənşəyi, ağcaqayın sözünün etimologiyası

Ağca rəng bildirir, qayın isə “yanma” (bu, qaynamaq sözü ilə qohum­dur) deməkdir: “rəngi ağ olan və tez yanan ağac” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

99

ağcaqovaq

ağcaqovaq sözünün mənşəyi, ağcaqovaq sözünün etimologiyası

Ağca qabıq birləşməsindən törəyib, bu ağacın qabığı ağ (gümüşü) olur. Birinci hissə ağ sözü ilə bağlıdır, qovaq isə adamın başında əmələ gələn kəpəklə qohumdur (ağacda pambığa bənzər kəpək olur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı

100

Ağgül

Ağgül sözünün mənşəyi, Ağgül sözünün etimologiyası

Qız adıdır, qoyungözü (ромашка) çiçəyinin adlarından biridir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)...    Ətraflı