Onlayn lüğət

Ən son əlavə edilənlər

41

BARREL

ABŞ və İngiltərədə, həmçinin ingilis ölçü sistemindən istifadə edən bir sıra ölkələrdə işlədilən tutum və ya həcm vahidi....    Ətraflı

42

BETA-PARÇALANMA

Radioaktiv elementlərin nüvələri tərəfindən elektron (e¯) və antineytrinonun (v͂) [və ya pozitron (e+) və neytrinonun (v)] buraxılması....    Ətraflı

43

BETA-SPEKTROSKOPİYA

Beta-parçalanma zamanı radioaktiv nüvələr tərəfində buraxılan beta-zərrəciklərin (elektronların və ya pozitrənların) enerjiyə görə parçalanmasının və konversiya elektronlarının diskret spektrlərinin tədqiqi....    Ətraflı

44

BEV

1 milyard (109) elektron-volt; qev....    Ətraflı

45

BİOMEXANİKA

biol., Biofizikanın canlı toxumalarda, orqanlarda və bütövlükdə orqanizmdə baş verən mexaniki hadisələri öyrənən bölməsi....    Ətraflı

46

BOD

Teleqraflamada sürət vahidi....    Ətraflı

47

BOZON

1. Spini Plank sabitinin (h-ın) tam mislinə bərabər, yəni Boze-Eynşteyn statistikasına tabe olan zərrəcik (Boze-zərrəcik). 2. Zəif həyəcanlanmış makroskopik sistemdə Boze-Eynşteyn statistikası ilə təsvir olunan elementar həyəcanlanma....    Ətraflı

48

COUL

Beynəlxalq vahidlər sistemində və MKSA vahidlər sistemində enerji və iş vahidi....    Ətraflı

49

DALĞAÖLÇƏN

elektr. Radiotezlik diapazonunda dalğa uzunluğunu, yaxud elektromaqnit rəqslərinin tezliyini ölçən cihaz....    Ətraflı

50

DENSİTOMETRİYA

Sensitometriyanın fototəbəqə üzərində iz buraxmış buraxmış işığın udulma və səpələnməsinin ölçülməsindən bəhs edən bölməsi....    Ətraflı

51

DESELEROMETR

elektr. Vahid zamanda nəqliyyat maşınları sürətinin azalmasını ölçən ətalət cihazı....    Ətraflı

52

DESENSİBİLİZASİYA 1

Neqativ fotomaterialların xüsusi məhlulda işığahəssaslığının süni surətdə azaldılması....    Ətraflı

DESENSİBİLİZASİYA 2

biol. Hər hansı yabancı maddənin (allergenin), başlıca olaraq zülalın orqanizmə təkrar yeridilməsinə qarşı onun həssaslığının azalması və ya tamam aradan qalxması....    Ətraflı

53

DİAMAQNETİZM

Maddənin maqnit xassələrindən biri....    Ətraflı

54

DİFFUZİYA

Bir-birinə toxunan maddələrin atom və ya molekullarının istilik hərəkəti nəticəsində qarşılıqlı nüfuz etməsi hadisəsi....    Ətraflı

55

DİFFUZOR

1. Kanalda (boruda) maye və qaz axınının ləngidiyi və təzyiqin artdığı hissə. 2. Reproduktorun səs dalğalarını ətraf havada gücləndirmək üçün konus şəkilli kağız membran. 3. elektr. Kontrast olmayan fotoqrafik təsvirlər almaq üçün tərtibat. 4. elektr. Materialdan həll olan maddələri ekstraksiya üsulu ilə ayıran aparat. 5. elektr. Alüminium oksidi istehsalında aparat....    Ətraflı

56

DİFRAKSİYA

Dalğa yayıldıqda onun həndəsi optika qanunlarından kənara çıxması....    Ətraflı

57

DİOPTRİYA

Linzaların və oxa nəzərən simmetrik olan başqa optik sistemlərin optik qüvvə vahidi....    Ətraflı

58

DİSTORSİYA

Optik sistemlərdə xəyalın təhrif növlərindən biri; obyektlə onun xəyalı arasında həndəsi oxşarlığın pozulması....    Ətraflı

59

DİXROİZM

Anizotrop cisimlərə məsələn, kristallara ağ işıqda baxdıqda onların müxtəlif rəngləri aşkara çıxarma xassəsi....    Ətraflı

60

DOZİMETRİYA

Texniki fizikanın ionlaşdırıcı şüalanma dozasının, radioaktiv mənbələrin aktivliyinin və radioaktiv çirklənməsinin təyinindən bəhs edən bölməsi....    Ətraflı