Onlayn lüğət

Ən son əlavə edilənlər

221

QRAVİMETRİYA

geol. Geofizikanın Yerin qravitasiya sahəsini öyrənən bölməsi....    Ətraflı

222

RADİODALĞALAR

Tezliyi 10ˉ3-1012 hc (dalğa uzunluğu 3·10ˉ4 m) intervalına düşən elektromaqnit dalğaları....    Ətraflı

223

RADİOFİZİKA

Fizikanın radiodalğaların generasiyası, çevrilməsi, güclənməsi və yayılması zamanı baş verən prosesləri, həmçinin vakuumda, qazlarda və bərk cisimlərdə yükdaşıyıcılar ilə elektrik və maqnit rəqsləri arasındakı qarşılıqlı təsiri öyrənən bölməsi....    Ətraflı

224

RADİOLÜMİNESSENSİYA

Nüvə şüalanmaları (a-zərrəciklər, elektronlar, protonlar, neytronlar, γ-şüalar və s.) və ya rentgen şüalarının təsiri ilə yaradılan lüminessensiya....    Ətraflı

225

RADİOMANEƏLƏR

Radioqəbuledicinin giriş dövrəsində faydalı siqnalın düzgün qəbuluna mane olan və bu siqnalla funksional asılılıqda olmayan elektrik və ya elektromaqnit təsirləri....    Ətraflı

226

RADİOÖLÇMƏLƏR

Radiorabitə, avtomatika, hesablama texnikası element, cihaz və qurğularının işini xarakterizə edən elektrik, maqnit, elektromaqnit kəmiyyətlərinin və onların nisbətlərinin ölçülməsi....    Ətraflı

227

RADİOQRAFİYA

Radioaktiv izotop şüalarının foto təbəqəsinə təsirindən istifadə ilə müxtəlif obyektlərin (məmulat, mineral və s.) tədqiqi metodu....    Ətraflı

228

RADİOSPEKTROSKOPİYA

Fizikanın radiodalğaların rezonans udulmasına əsasən maddənin quruluşunu, ondakı fiziki və kimyəvi prosesləri tədqiq edən bölməsi....    Ətraflı

229

RADİOTELEMEXANİKA

Telemexanika bölməsi....    Ətraflı

230

RADİOTELEÖLÇMƏ

1. Radiotelemexanika sahəsi; radiotelemetriya. 2. Ölçmə nəticələri radiorabitə kanalı ilə verilən teleölçmə; radiotelemetriya....    Ətraflı

231

RADİOVİZİYA

Radiodalğalar vasitəsilə obyektlərin görünən təsvirlərinin alınması....    Ətraflı

232

REFRAKSİYA 1

İşığın atmosferdən keçərkən sınması....    Ətraflı

REFRAKSİYA 2

coğr. Elektromaqnit dalğalarının müxtəlifnövlü R.-larını əhatə edən ümumiləşmiş termin....    Ətraflı

233

REFRAKTOMETRİYA

Tətbiqi optikanın bölməsi....    Ətraflı

234

REKOMBİNASİYA 1

Əks adlı elektrik yüklərinin (yüklü zərrəciklərin) toqquşması nəticəsində sərbəst yükdaşıyıcıların yox olması: ionlaşmanın əksi olan proses....    Ətraflı

REKOMBİNASİYA 2

biol. Nəsildə valideynin genetik materialının yenidən paylanması....    Ətraflı

235

REKUPERASİYA

Bu və ya digər texnoloji prosesin aparılmasına sərf olunmuş material və ya enerjinin müəyyən hissəsinin təkrar istifadə üçün həmin prosesə qaytarılması....    Ətraflı

236

RELAKSASİYA

Çoxhissəcikli fiziki sistemdə termodinamik (deməli, həm də statistika) tarazlığın qərarlaşması....    Ətraflı

237

RENTGENOQRAFİYA 1

Rentgen şüalarının difraksiyasına əsasən materialları tədqiq edən üsul....    Ətraflı

RENTGENOQRAFİYA 2

tib. Rentgenoloji üsul; skiaqrafiya (tibdə), müayinə edilən obyektin rentgen şüaları ilə fotoplyonkada şəklinin çəkilməsi; skiaqrafiya....    Ətraflı

238

RENTGENOQRAM

Rentgen şüaları ilə tədqiq olunan obyekt maddəsinin qarşılıqlı təsirindən yaranan “kölgə” şəklinin işığahəssas material (fotoplyonka, fotoplastinka) üzərində qeyd olunmuş təsviri....    Ətraflı

239

REOLOGİYA

Maddələrin axarlılığı və deformasiyası haqqında elm....    Ətraflı

240

RETUŞ

inc., inf., poliq. Təsvirlərin (rəsm, fotoşəkil və s.) karandaş və ya boya ilə ayrı-ayrı yerlərinin düzəldilməsi, pozulub təmizlənməsi və kimyəvi emalı (fotoqrafik təbəqənin aşındırılması yolu ilə)....    Ətraflı