1. Basılaraq, yaxud ağır bir şeyin altında qalaraq, ya sıxılaraq əzik hala gəlmək; zədələnmək. □ Meyvələr yeşikdə əzilmişdir. Paltarlar əzilmişdir.
2. Toza çevrilmək, narın hala gəlmək, toz halına gəlmək.
3. Məcazi mənada: məhv edilmək, məğlub edilmək, döyülmək, darmadağın edilmək. □ Düşmən əzildi.
4. Məcazi mənada: zülm altında olmaq, təzyiq altında olmaq, istismar edilmək, məhkum edilmək. □ Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. (M.Müşfiq).
5. Nazlanmaq, naz etmək, əzilib-büzülmək. □ Eh, siz şəhər qızları, çox ərköyünsünüz. Əzilirsiniz, süründürürsünüz, adamın canını üzürsünüz.. (Ə.Məmmədxanlı).