Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

əyrəmçə1

Füzuli, Yardımlı, Göyçay, İsmayıllı, Kürdəmir, Salyan

Ensiz qaşlı üzük.  Hindi də əyrəmçə salıllar (Salyan); Bir əyrəmçəm vardı, verdim qızıma, o da itirib (Göyçay).

əyrəmçə2

Kürdəmir, Şəki, Tovuz, Ucar

Çirkin, xoşagəlməz.  Bizim hesapdar bir əyrəmçə oğlandı (Kürdəmir); Bi əyrəmçə:n birini alıf qo. itdi öyə, heç adama da oxşamır (Şəki).

Azərbaycan dilinin dialektoloji lüğəti