Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əsir [əsir] isim ərəb

1. Müharibədə ələ keçirilən düşmən əsgəri, zabiti və s. Hərbi əsir. Əsir düşmək. Əsir olmaq. Əsir tutmaq. Əsirlərin azad edilməsi. Hərbi əsirlər vətənlərinə döndülər.
2. Kölə, qul, məhkum. Özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün .. əllərimizi dimdikləyirdi. (A.Şaiq).
3. Məcazi mənada: dustaq, azadlıqdan, sərbəstlikdən məhrum edilmiş. Qız qayın-qudanın, qayınatanın, baldızın, qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. (H.Sarabski).
4. Vurğun, məftun, mübtəla. Eşq əsiri. Gözəllik əsiri.

Həmçinin bax:

frazeologizm: əsiri olmaq Azərbaycan dilinin izahlı lüğəti