1. Hərarət təsiri ilə bərk, yaxud donmuş halda olan şeyi maye halına salmaq. □ Yağ əritmək. Qır əritmək. Mumu əritmək. Qurğuşunu əritmək. Buzu gün əridər, insanı xəcalət. (Atalar sözü).
2. Həzm etdirmək, həll etmək. □ İstisu xörəyi yaxşı əridir.
3. İşə getməyən malı cürbəcür yollarla işə vermək, satmaq. □ Köhnədən qalan malları əritmək.
4. Məcazi mənada: arıqlatmaq, üzmək; arıqlamasına, zəifləməsinə, əldən düşməsinə səbəb olmaq. □ Qəm insanı əridir. (Atalar sözü).
5. Məcazi mənada: utandırmaq. □ Sözlərim onu utandırıb əritdi.
6. Məcazi mənada: yavaş-yavaş batırmaq, yoxa çıxarmaq. □ Gözümdən günlər keçir əsrlərə bərabər; Zülmətləri əridən, qaynar şəfəqli günlər. (R.Rza).
7. Məcazi mənada: hiss edilmədən keçirmək. □ Sonralar o, gecələrini bu çırağın işığında əridər və sübhə kimi kənddə yalnız bu pəncərədən işıq çəkilməzdi. (Ə.Məmmədxanlı).
8. Xərcləmək, korlamaq, israr etmək (əsasən pul haqqında). □ Varis hər dəfədə uduzmağa və pulları əritməyə başladı. (A.Şaiq).
Həmçinin bax: