Xalsedonun naziklaylı növü.
Nazik və radial-şüalı kvars törəmələrinin sıx gizli kristallik aqreqatlarından ibarətdir. Ağ və qarazolaqlı növü oniks, qırmızı və ağzolaqlısı karneoloniks, qırmızımtıl-qonur və ağzolaqlısı sardoniks adlanır. Damarlarda, jeodalarda, vulkanik süxurlar arasında rast gəlir. Zərgərlikdə məmulat daşı və yarımqiymətli daş kimi işlənir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti