Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

əmək qabiliyyətli əhali

Özünün fiziki və əqli imkanlarına görə ictimai əməkdə iştirak etmək qabiliyyətinə malik əhali.

Ə.Q.Ə.-yə həm işləyən şəxslər, həm də potensial işçilər, o cümlədən evdar qadınlar, tələbələr, hərbi xidmətdə olan gənclər daxildirlər. Hər ölkədə yerli ictimai-iqtisadi şəraitdən asılı olaraq Ə.Q.Ə. üçün müxtəlif yaş həddi müəyyənləşdirilir. Adətən, bu hədd 15-65 (qadınlar üçün 60) yaş həddində olur.

Coğrafiya terminləri lüğəti