Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

saqqa1

Cəbrayıl, Cəlilabad, Əli Bayramlı, Göyçay, Hamamlı, Qusar, Lənkəran, Mingəçevir, Oğuz, Salyan, Zaqatala, Zəngilan

1. Aşıq-aşıq oyununda istifadə edilən iri, seçmə aşıq (Cəbrayıl, Cəlilabad, Əli Bayramlı, Göyçay, Hamamlı, Qusar, Lənkəran, Mingəçevir, Salyan, Zəngilan).  Saqqani tuşdeyeydüg vireydüg (Cəlilabad); Saqqa başqa aşığlardan ağır olur (Salyan); İdris qoyunun qıçınnan bir saqqa çıxardı (Əli Bayramlı); Mənim üç yaxşı saqqam var (Cəbrayıl); Bı saqqa məndə olsa, hamını aparram (Zəngilan).

2. Qalaqurma oyununda istifadə edilən iki seçmə qoz (Mingəçevir, Oğuz, Şəki).

saqqa2

Füzuli

Tərs, höcət. □ Vəli yaman saqqa adamdı.

Azərbaycan dilinin dialektoloji lüğəti