Rusiya imperiyasında 1785–1917-ci illərdə fəaliyyət göstərmiş şəhər özünüidarə orqanı.
Öncə Ş.D. 6 silkə bölünmüş şəhər əhalisi tərəfindən seçilib. Ona bələdiyyə rəisi başçılıq edib, icra orqanı isə 6 nəfər qlasnıdan (hər silkdən 1 nümayəndə) ibarət olub. Şəhər təsərrüfatına rəhbərlik etməli olan Ş.D. XIX əsrin əvvəlindən başlayaq digər dövlət strukturları tərəfindən arxa plana keçirilib. Yalnız 1870-ci il şəhər islahatı nəticəsində bu qurumların silki xarakteri aradan qaldırılıb və onların fəaliyyəti yenidən canlanıb. 1878–1917-ci illərdə Bakıda da Ş.D. fəaliyyət göstərib.
Tarix terminləri lüğəti