Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

şümşad fars

1. Həmişəyaşıl ağac.

2. Şümşad ağacı kimi qamətli.

3. Dialektlərdə hamar mənasında işlənir.

Bülbültək qucaram gülü,

Yandırıbdı şirin dili.

Baxış bəyin şümşad əli,

Qucmağa belləri gəlir.

                    (“Baxış-Leyla”)

                       *

Məntək gözəl tapanmazsan dünyada,

Qaç qabaqdan baxginən bu şümşada.

Əyər mal istəsən həddən ziyada,

Nə istəsən məndə var, qayıt indi.

                                        (“Baxış-Leyla”)

Azərbaycan dastanlarının leksikası