Reklam
Reklam

Tarix terminləri lüğəti

şahsevənlər

Azərbaycanlıların etnoqrafik qrupu, formalaşması prosesinin əsası XVI əsrdə qoyulmuş tayfa birliyi.

Ş. Cənubi Azərbaycanın şimal-şərqində, Savalan dağı ilə Qarasu çayı arasındakı ərazidə, qismən də Azərbaycan Respublikasının cənubunda məskunlaşıblar. I Şah Abbas (1587–1629) qızılbaş tayfa başçılarının nüfuzunu sarsıtmaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə bəzi tayfaları (əfşar, qacar və s.) öz tərəfinə çəkərək “şahsevən” adlı xüsusi qvardiya yaradıb. O, Ş.-ə Ərdəbil, Muğan, Savə və Qəzvin ətrafında geniş torpaq sahələri bağışlayıb. Bununla Səfəvilər dövlətinin əsas hərbi qüvvəsinə çevrilən S. sonralar Azərbaycanın siyasi həyatında da mühüm rol oynayıblar. XIX əsrin sonunda onların əksəriyyəti oturaq həyat tərzinə keçib. Ş. onlarla tayfa, qol və tirələrə bölünür.

Tarix terminləri lüğəti