lat. inflatio – şişmə, qabarma, köpmə
Əmtəə və xidmətlərin qiymətinin ümumi səviyyəsinin yüksəlməsi.
İ. nəticəsində eyni məbləğdə pula əvvəlkinə nisbətən daha az mal və xidmətlər almaq olur. Bu isə pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinin, onun dəyərsizləşməsinin göstəricisidir. Daha uzunmüddətli və davamlı proses olan İ. adi qiymət sıçrayışlarından fərqlənir. O heç də iqtisadiyyatda bütün qiymətlərin ucdantutma artımı demək deyil: belə şəraitdə ayrı-ayrı əmtəə və xidmətlərin qiymətləri azala, yaxud eyni səviyyədə qala bilər. İ. yalnız qiymətlərin ümumi indeksi artdıqda baş verir və deflyasiyanın əksi sayılır.
Tarix terminləri lüğəti