iltifat sözü dilimizdə lütfkarlıq, lütf, məthəmət, etina, diqqət yetirmə, hüsn-rəğbət mənalarını ifadə edir.
Müasir Azərbaycan dilində iltifat artıq ümumişlək sözlər sırasında olmasa da, ötən əsrlərdə olduğu kimi, müasir poeziyada da, nəsr dilində də rast gəlinir. Məcazi mənası hörmət, gülər üz, xoş üzdür. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İltifat sözün məcazi mənası ilə əlaqədar olub, xoş rəftar anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti