ilham sözündən olub, dilimizdə ruhlanma, ruh coşqunluğu, təb, yüksək həvəs, yaradıcı fikrin yüksəlişi, şövqlənmək mənalarını ifadə edir.
Ərəb dilində “ləhm” sözünün kökündən törəmiş içmək, birdən udmaq anlamlarını ifadə edən, uddurmaq mənasında ilham sözü vardır. Lakin bu gün də övladına İlham adı qoyan valideynlər sözün yüksək həvəs, təb, ruh coşqunluğu mənasını əsas götürürlər. XX əsrdə olduğu kimi, bu gün də İlham məişətimizdə çox geniş yayılmış kişi adlarındandır. İki əsrə yaxın dəbdən düşməyən adlardan olsa da, İlham adından soyad formalaşmamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti