1. Suyun üzündə və ya altında hərəkət etmək, suda batmadan hərəkət etməyi bacarmaq. □ Mən üzə bilmirəm. O, suda çox yaxşı üzür.
2. Xüsusi mexanizmlər vasitəsilə müəyyən istiqamətdə suyun üzündə, ya altında hərəkət etmək (gəmi, qayıq və s. haqqında). □ Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suda. (S.Vurğun).
3. Gəmidə, qayıqda və s.-də getmək. □ Teploxodda Volqaboyu ilə üzmək.
4. Suya batmadan axarı ilə getmək, hərəkət etmək (şeylər haqqında). □ Xəzəl suyun üzəri ilə üzür.
5. Məcazi mənada: havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək. □ Planer havada üzür. Qartal havada üzür. Başımızın üstündən bir təyyarə üzüb keçdi.
6. Məcazi mənada: havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək (Ay, Günəş haqqında). □ Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. (M.Hüseyn).
7. Məcazi mənada: hərəkət edər kimi nəzərə gəlmək. □ Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. (M.Hüseyn).
8. Obrazlı təşbehlərdə gəzmək mənasında işlədilir. □ Üzürsən qoynunda xoş xəyalların; Boşluğa dirənən ehtimalların. (B.Vahabzadə).
1. Dərmək, qoparmaq, qırpmaq. □ Çəməndəki o güllərin; Ən gözəlin üzərəm. (Ü.Hacıbəyli).
2. Kəsib atmaq, kəsmək. □ Mişar barmağını üzdü.
3. Ayırmaq, qoparmaq. □ Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. (A.Divanbəyoğlu).
4. Haqq-hesabını qurtarmaq, ödəyib qurtarmaq, üzülüşmək. □ Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm. (C.Məmmədquluzadə).
Taqətdən salmaq, əldən salmaq, yormaq, üzüntü vermək. □ Tamaşanın dərdi Minayəni üzürdü. (B.Bayramov).
Həmçinin bax: