Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çeynənmək [çeynəmməx'] feil

1. Yeyilən şey ağızda dişlər altında əzilmək, gəmirilmək, dişləm-dişləm edilmək. □ Yemək çeynəndikdən sonra udulur.

2. Məcazi mənada: çox-çox təkrar edilərək bayağılaşdırılmaq, həddindən artıq təkrar edilmək.
3. Məcazi mənada: ayaqlar altına salınmaq, tapdalanmaq, təzyiq altına alınmaq, zülm edilmək. □ Dumalar padşaha nökərdir yalnız; Yenə də çeynənir bizim haqqımız. (S.Vurğun).

Azərbaycan dilinin izahlı lüğəti