Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çeynəmək [çeynəməx'] feil

1. Ağıza qoyulan bir şeyi dişlə qırmaq; gəmirib qırmaq, əzmək, xırdalamaq, ovmaq. □ Ağzımda çörəyi çeynəyib bəzən; Xırdaca-xırdaca yemlərdim onu. (S.Vurğun).
2. Hirs, qəzəb, acıq ifadəsi olaraq dodaqlarını, bığlarını dişləri arasına alıb əzmək, gəmirmək. □ Acıqdan çeynədi dil-dodağını; Kinindən yeyirdi ürək yağını. (A.Şaiq).
3. Məcazi mənada: bir sözü çox təkrar etmək; təkrarlamaq, bayağılaşdırmaq. □ Axşamacan hamı bu sözləri ağzında çeynəyirdi və çeynəyib özgəsinə verirdi. (B.Talıblı).
4. Məcazi mənada: tapdalamaq, ayaqlar altına salmaq. □ ..Çeynədik yıpramış adətləri biz; Böylə azadə ömür sürmədəyiz. (H.Cavid).

Həmçinin bax:

frazeologizm: acığından zəncir çeynəmək (gəmirmək) frazeologizm: bığlarını çeynəmək frazeologizm: çeynəyib ağzına qoymaq frazeologizm: çeynəyib tökmək frazeologizm: əlindən zəncir çeynəmək (gəmirmək) frazeologizm: hirsindən bığlarını çeynəmək frazeologizm: hirsindən zəncir çeynəmək (gəmirmək) frazeologizm: kəmsiyini çeynəmək frazeologizm: qəzəbindən zəncir çeynəmək (gəmirmək) frazeologizm: saqqız çeynəmək frazeologizm: sözü ağzında çeynəmək frazeologizm: sözü çeynəmək frazeologizm: zəncir çeynəmək (gəmirmək) Azərbaycan dilinin izahlı lüğəti