Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çatal1

Ağdam, Axalsxi, Bərdə, Cəbrayıl, Gəncə, İmişli, Kürdəmir, Zəngilan

1. Bir-birinə bitişik (Ağdam, Zəngilan).  Çarpanaxnan o çatal cəvizi vır düşsün yerə (Zəngilan); Bağdan beş dənə çatal nar qırdım (Ağdam).

2. Qoşa (Bərdə).  Bizim kətdə çatal addar çoxdu (Bərdə).

3. İkibaşlı (Axalsxi, Kürdəmir).  Çatal sözdən bir nəticə çıxmaz (Axalsxi).

çatal2

Əli Bayramlı, Kürdəmir

Büzdüm.  Çatalım bərk ağrıyır (Əli Bayramlı).

çatal3

Mingəçevir

Şiddətli.  Laf çatal ayazdı ha.

çatal4

Ağdam

İki qurdun birlikdə sarıdığı çıxar barama.

Azərbaycan dilinin dialektoloji lüğəti