Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çarpana1

Çənbərək, Qazax

Qəlpə, daş qırıntısı.  Bənna çarpana işdədi ki, daşın arasına qoysun (Çənbərək).

çarpana2

Gəncə

Dənəvər (barıt). □ İndi çarpana barıt tapılmır.

çarpana3

Çənbərək

Ağacın tikanlı hissəsi, tikanlı. □ Şümşüdün əlini çarpana dağıdıf.

Azərbaycan dilinin dialektoloji lüğəti