Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çaqqı1

Meğri, Ordubad

Cib bıçağı. □ Çaqqı polatdan olar (Ordubad); Şəhərdən ma: bir çaqqı alarsan (Meğri).

çaqqı2

Cəbrayıl

Soyuq. □ Sizin əvı:z çaqqıdı kı.

çaqqı3

Zəngibasar

Gödək ağac. □ O çaqqını ma: vernən.

Azərbaycan dilinin dialektoloji lüğəti