Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

çaqıl daşı

Çaqıllardan ibarət çökmə süxur.

Onların aralarındakı boşluqları (sementləyici kimi) xırda qırıntı materialları (qum, alevrit) doldurur. Petroqrafik tərkibinə görə polimikt (müxtəlif tərkibli çaqıllardan), oliqomikt (2-3 süxurun çaqıllarından) və monomikt (bircinsli çaqıllardan) olur. Tikinti materialı kimi (xüsusilə yol tikintisində) işlədilir.

Coğrafiya terminləri lüğəti