Ağcabədi, Ağdam, Borçalı, Böyük Qarakilsə, Çənbərək, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xanlar, Kəlbəcər, Qax, Qarakilsə, Qazax, Tovuz, Salyan, Şərur, Zaqatala, Zəngibasar
Qatıq mayası. □ Çalasıyı südə vurollar kın, süd üyüşsün qatığ olsun (Daşkəsən); İsdeysin ora yüz qazan süd qoy, çalası töx'məsən düynədə üyüşməz (Xanlar); Çalası gəti, südü çalax (Qazax); Çalasıynan çalellar qatığı (Gədəbəy).
Ağcabədi, Bərdə, Borçalı, Çənbərək, Daşkəsən, Gədəbəy, Gəncə, Salyan, Şərur, Goranboy
Aravuran, araqarışdıran. □ Güllər çalası arvaddı (Daşkəsən); Əli kimi çalası görməmişəm (Gəncə); Əbdüləli çox çalası adamdı (Borçalı); Məsi çalasının biridi (Çənbərək).
Azərbaycan dilinin dialektoloji lüğəti