Balakən, Basarkeçər, Göyçay, Oğuz, Şəki, Zaqatala
Arabanın və ya xışın qolunu boyunduruğa birləşdirən qayış və ya zəncir. □ Arabanın çəmbərəsi qırıldı; Qayışdan da olurdu çəmbərə, cır tənəx’dən də olurdu (Şəki); Çəmbərə boyunduruğa keçirilir (Oğuz); Çəmbərni yağladınmı? (Göyçay).
Borçalı, Gədəbəy
Motalın ağzına dairəvi şəkildə tikilən çubuq. □ Çəmbərəsiz eymə oloymu, ay qız? (Gədə-bəy); Çəmbərə eymənin ağzını açıx saxlıyer (Borçalı).
Bakı, Şamaxı
Təzək. □ Çəmbərə yekə təzəkdi (Şamaxı); Çəmbərəyə ot vurdun? (Bakı)
Gədəbəy, Tovuz
Araba təkərinin qövs şəklində olan ağac hissələri. □ Təkərin çəmbərəsi palıddan qayrıler (Gədəbəy).
Zaqatala
Dəhrənin sapına keçirilən dəmir halqa.
Azərbaycan dilinin dialektoloji lüğəti