1. Mübarizə etmək, çarpışmaq. □ Çəkişməsən bərkiməzsən. (Atalar sözü).
2. Mübahisə etmək. □ Bu arada müştərilər hərlənir, qiymət üstündə uzun-uzadı çəkişirdilər. (S.Rəhimov).
3. Mərc çəkmək. □ Firuzə cücənin cınağını götürərək Sərvnaza tərəf uzadıb: – Gəl çəkişək, – deyir. (İ.Əfəndiyev).