Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çıxmaq [çıxmax] feil

1. Bir yerdən (binadan, otaqdan və s.-dən) kənar olmaq, içəridən dışarıya varmaq, getmək, xaric olmaq. □ Evdən çıxmaq.
2. Bir yerə getməyə başlamaq, yola düşmək. □ Qatar saat 2-də çıxır.
3. Doğmaq, tülu etmək, görünmək. □ Gün çıxdı.
4. Yuxarı qalxmaq, başıyuxarı getmək, qalxmaq. □ Yuxarı mərtəbəyə çıxmaq.
5. Göyərmək, bitmək, yerdən çıxmaq, cücərtisi görünmək. □ Pambıq yenicə çıxmışdı.
6. Riyaziyyat. Bir ədədi (rəqəmi) başqa bir ədəd (rəqəm) qədər azaltmaq. □ 10-dan 3 çıxmaq.
7. İşini, vəzifəsini buraxmaq, tərk etmək, işlədiyi yerdən getmək, əlaqəsini kəsmək. □ İşdən çıxmaq.
8. Öz işini görüb qurtararaq getmək, yerini tərk etmək. □ Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. (C.Cabbarlı).
9. Birdən-birə zahir olmaq, görünmək, qarşısına çıxmaq. □ Yoluma bir maşın çıxdı.
10. Bir şeyin üstünə qalxmaq, dırmaşaraq qalxmaq. □ Dama çıxmaq.
11. Müəyyən hündürlükdə olmaq. □ Su döşə çıxır.
12. Bir işi görmək üçün getmək, gəlmək. □ İməcliyə çıxmaq.
13. Qurtarmaq, sonu çatmaq, keçmək, ötmək. □ Yaz çıxdı.
14. Çap olunmaq, nəşr olunmaq, dərc edilmək, buraxılmaq. □  “Molla Nəsrəddin” məcmuəsi 1906-cı ildən çıxmağa başlamışdır.
15. Təhlükəli, xətərli yerdən uzaqlaşmaq. □ Bu gecə keçmişi vurduq, yıxdıq; Dağlardan üzə sağlam çıxdıq. (M.Müşfiq).
16. Məcazi mənada: olmaq. □..Yox, yox, nə .., nə də məndən premyer çıxar! (S.Rəhimov).
17. Yerin altından hasil edilmək, əldə edilmək. □ Respublikamızda yüksək keyfiyyətli neft çıxır.
18. Doğulmaq, törəmək, yetişmək, meydana gəlmək. □ Şamaxıdan görkəmli şairlər çıxmışdır.
19. Yaşamaq, salamat qalmaq, müəyyən vaxta qədər sağ-salamat yaşamaq. □ Yemsizlikdən qoyunlar yaza çıxmadı.
20. İstehsal edilmək, buraxılmaq, hazırlanmaq; istehsal olunmaq, alınmaq. □ Həmzə ilə Qadir .. alman zavodundan çıxmış mauzerini gic yerə doldurur, boşaldırdılar. (Ə.Əbülhəsən).
21. Verilmək, qəbul olunmaq, elan edilmək. □ Yeni qərar çıxdı.
22. Boşanmaq, ərindən ayrılmaq. □ Arvad ərindən çıxdı.
23. İcad olunmaq, kəşf olunmaq, düzəldilmək, buraxılmaq. □ Zavoddan yeni markalı maşın çıxdı.
24. Eşidilmək, qulağa gəlmək. □ Qərənfiləm, qalxaram; Açılmağa qorxaram; Gecə cınqırın çıxsa; Yerimnən dik qalxaram. (Bayatı).
25. Hesab etmək. □ ..Dirigözlü adamı öldüyə çıxırlar. (Mir Cəlal).

Həmçinin bax:

frazeologizm: acıq çıxmaq frazeologizm: adam arasına çıxmaq frazeologizm: adam cildindən çıxmaq frazeologizm: adam içinə çıxmaq frazeologizm: adamlıqdan çıxmaq frazeologizm: adı çıxmaq frazeologizm: adı yadından çıxmaq frazeologizm: adına çıxmaq frazeologizm: ağ günə çıxmaq (çatmaq) frazeologizm: ağlı başından çıxmaq (getmək) frazeologizm: ağzı fal çıxmaq (olmaq) frazeologizm: ağzından çıxan kimi frazeologizm: ağzından çıxanı demək frazeologizm: ağzından çıxmaq frazeologizm: ahı göylərə çıxmaq (qalxmaq) frazeologizm: axırına çıxmaq frazeologizm: axırı bir yana çıxmaq frazeologizm: altından vurub üstündən çıxmaq frazeologizm: altından çıxmaq frazeologizm: anqutu çıxmaq frazeologizm: aradan çıxmaq frazeologizm: aratı çıxmaq frazeologizm: asfalta çıxmaq frazeologizm: aşı daş çıxmaq frazeologizm: aya deyir, sən çıxma, mən çıxım frazeologizm: ayağına çıxmaq frazeologizm: ayaq üstə canı çıxmaq frazeologizm: ayaq üstə qırxı çıxmaq frazeologizm: aybı çölə çıxmaq frazeologizm: aydınlığa çıxmaq frazeologizm: başa çıxmaq frazeologizm: başdan girib ayaqdan çıxmaq frazeologizm: başı çıxmaq frazeologizm: başına çıxmaq frazeologizm: başından çıxmamaq frazeologizm: başından tüstü çıxmaq frazeologizm: başından vurub ayağından çıxmaq frazeologizm: bayıra çıxmaq frazeologizm: beynindən çıxmamaq frazeologizm: bəxtinə çıxmaq (düşmək) frazeologizm: bələkdən təzə çıxmaq frazeologizm: bərkdən çıxmaq frazeologizm: bərkdən-boşdan çıxmaq frazeologizm: bıçaq vursan, qanı çıxmaz frazeologizm: bir qəpiyi (şahısı) çıxınca canı çıxır frazeologizm: bir şey çıxmamaq frazeologizm: bir yana çıxmaq frazeologizm: biz də yerdən çıxmamışıq frazeologizm: boğazına şərik çıxmaq frazeologizm: borcdan çıxmaq frazeologizm: borcu xirtdəyə çıxmaq frazeologizm: boşa çıxmaq (getmək) frazeologizm: böyürdən çıxmaq frazeologizm: bu başdan vurub o başdan çıxmaq frazeologizm: buğda yeyib cənnətdən çıxıb frazeologizm: burdan vurub ordan çıxır frazeologizm: burnunu tutsan (sıxsan), canı çıxar frazeologizm: buynuzu çıxmaq frazeologizm: canı ağzından çıxmaq frazeologizm: canı çıxmaq frazeologizm: canı çıxsa da frazeologizm: canımın canı çıxsın frazeologizm: canından çıxmamaq frazeologizm: canından pul çıxmamaq frazeologizm: ceyran belinə çıxmaq frazeologizm: cığırından çıxmaq frazeologizm: cındırı çıxmaq frazeologizm: cınqırı çıxmamaq frazeologizm: cızdağı çıxmaq frazeologizm: cızığından çıxmaq frazeologizm: cidanın ucu çuvaldan çıxmaq frazeologizm: cövlana çıxmaq frazeologizm: çənəsinin çüyü çıxmaq frazeologizm: çərçivədən çıxmaq frazeologizm: çıxmayan cana nə qulfüvallah frazeologizm: çörəyi daşdan çıxmaq frazeologizm: dadı damağından getməmək (çıxmamaq) frazeologizm: damdan vurub bacadan çıxmaq frazeologizm: daşdan səs çıxdı, ondan yox frazeologizm: dəridən-dırnaqdan çıxmaq frazeologizm: dəridən-qabıqdan çıxmaq frazeologizm: dəyirmanın boğazından (gözündən) ölü salsan, diri çıxar frazeologizm: dınq eləyib yumurtadan çıxıb frazeologizm: dili çıxmaq frazeologizm: dilindən çıxmaq frazeologizm: dindən-dondan çıxmaq frazeologizm: dindən-imandan olmaq (çıxmaq) frazeologizm: dişinin dibindən çıxanı demək frazeologizm: dizə çıxmaq frazeologizm: doşab alıb, bal çıxıb frazeologizm: dönük çıxmaq frazeologizm: düz yoldan çıxmaq frazeologizm: ehtiyacdan çıxmaq frazeologizm: evdən çıxmaq frazeologizm: əldən çıxmaq frazeologizm: əli çıxmaq frazeologizm: Əli meydanına çıxmaq frazeologizm: əlindən çıxmaq frazeologizm: əlindən xata çıxmaq frazeologizm: əlinin altından çıxmaq frazeologizm: əmması çıxmaq frazeologizm: əmrdən çıxmaq frazeologizm: əndazədən çıxmaq frazeologizm: əngəl çıxmaq frazeologizm: ərşə çıxmaq frazeologizm: əskiyi çıxmaq frazeologizm: əvəzini çıxmaq frazeologizm: fırı çıxmaq (yatmaq) frazeologizm: fıs çıxmaq frazeologizm: fikrindən çıxmaq frazeologizm: göyə çəkilmək (çıxmaq) frazeologizm: göyə çıxmaq frazeologizm: gözü kəlləsinə çıxmaq frazeologizm: gözündən od çıxmaq frazeologizm: günü çıxmaq (düşmək) frazeologizm: haqlı çıxmaq frazeologizm: haldan çıxmaq frazeologizm: haşiyə çıxmaq frazeologizm: havadar çıxmaq frazeologizm: heçə çıxmaq frazeologizm: hesabı düz çıxmamaq frazeologizm: heyif çıxmaq frazeologizm: hövsələdən çıxmaq frazeologizm: huşdan çıxmaq frazeologizm: huşu başından çıxmaq frazeologizm: huşundan çıxmaq frazeologizm: xarabı çıxmaq frazeologizm: xatası çıxmaq frazeologizm: xatirindən çıxmaq frazeologizm: xəbər çıxmamaq frazeologizm: xəcalətindən çıxmaq frazeologizm: xəncər-bıçağa çıxmaq frazeologizm: xilaf çıxmaq frazeologizm: xirtdəyə çıxmaq frazeologizm: içindən qənbərqulu çıxmaq frazeologizm: ilan boğazından çıxmaq frazeologizm: ilan kimi qabıqdan çıxmaq frazeologizm: ili çıxmaq frazeologizm: ilqarına düz çıxmaq frazeologizm: imtahandan çıxmaq (keçmək) frazeologizm: iş çıxmaq frazeologizm: işıqlı günə çıxmaq frazeologizm: işin içindən çıxmaq frazeologizm: işin içindən iş çıxmaq frazeologizm: işin içindən qənbərqulu çıxmaq frazeologizm: işin üstünə çıxmaq frazeologizm: it ağzından çıxmaq frazeologizm: itaətdən çıxmaq frazeologizm: iynə ağzından çıxmaq frazeologizm: iynə olub yoxa çıxmaq frazeologizm: kainatına çıxmaq (çatmaq) frazeologizm: keçi ağaca çıxanda frazeologizm: kəlləçarxa çıxmaq frazeologizm: kənara çıxmaq frazeologizm: köhnədən vurub təzədən çıxmaq frazeologizm: kösövü çıxmaq frazeologizm: qabağına çıxmaq frazeologizm: qabıqdan çıxmaq frazeologizm: qahmar çıxmaq frazeologizm: qanlıbıçağa çıxmaq frazeologizm: qapıdan girib bacadan çıxmaq frazeologizm: qəhətə çıxmaq frazeologizm: qələmindən çıxmaq frazeologizm: qənbərqulu çıxmaq frazeologizm: qınından çıxıb qınını bəyənməmək frazeologizm: qınından çıxmaq frazeologizm: qırğına çıxmaq frazeologizm: qırxı çıxmaq frazeologizm: qiyməti ceyran belinə çıxmaq frazeologizm: qоhum çıхmаq frazeologizm: qulpundan çıxan frazeologizm: qurşağa çıxmaq frazeologizm: quyruğu tələdən çıxmaq frazeologizm: lax çıxmaq frazeologizm: mehvərindən çıxmaq frazeologizm: meşədən çıxıb frazeologizm: məcrasından çıxmaq frazeologizm: min hoqqadan çıxmaq frazeologizm: min oyundan çıxmaq frazeologizm: mitili çıxmaq frazeologizm: molla aşı gördü, Quran yaddan çıxdı frazeologizm: müvazinətdən çıxmaq frazeologizm: naxələf çıxmaq frazeologizm: nar gülündən inci çıxmaq frazeologizm: nə desən çıxar frazeologizm: nəfəsi çiyinlərindən çıxmaq frazeologizm: ocağından tüstü çıxmamaq frazeologizm: oddan diri, sudan quru çıxmaq frazeologizm: odun-alovun içindən çıxmaq frazeologizm: ox yaydan çıxdı frazeologizm: oxu boşa çıxmaq frazeologizm: ortalığa çıxmaq frazeologizm: oyunlardan çıxmaq frazeologizm: ölüb-öldürməyə çıxmaq frazeologizm: öz adına çıxmaq frazeologizm: öz borcundan çıxmaq frazeologizm: özündən çıxmaq frazeologizm: özünə çıxmaq frazeologizm: payına çıxmaq (düşmək) frazeologizm: puça çıxmaq frazeologizm: rastına çıxmaq frazeologizm: ruhu bədənindən çıxmaq frazeologizm: saçyolduya çıxmaq frazeologizm: sahib çıxmaq frazeologizm: salam verdik, borclu çıxdıq frazeologizm: səsi çıxmaq frazeologizm: səsi sonra çıxacaq frazeologizm: sınaqdan çıxmaq frazeologizm: sınaqlardan çıxmaq frazeologizm: sıradan çıxmaq frazeologizm: söhbətin axırına çıxmaq frazeologizm: sözündən çıxmaq frazeologizm: sözünə düz çıxmaq frazeologizm: sözünün üstünə çıxmaq frazeologizm: stresdən çıxmaq frazeologizm: su boğaza çıxanda frazeologizm: subaşına çıxmaq (dəymək) frazeologizm: sudan quru çıxmaq frazeologizm: süddən çıxmış ağ qaşıq frazeologizm: sümükləri çıxmaq frazeologizm: şatırı çıxmaq frazeologizm: şəltəsi çıxmaq frazeologizm: şinelindən çıxmaq frazeologizm: şiti çıxmaq frazeologizm: taxta çıxmaq frazeologizm: taqqanağı çıxmaq frazeologizm: təbdən çıxmaq frazeologizm: təpəsindən tüstü çıxmaq frazeologizm: tərəfdar çıxmaq frazeologizm: təsir altından çıxmaq frazeologizm: təzə dəllək çıxıb, kəkili yandan qoyur frazeologizm: tısbağa qınından çıxıb, qınını bəyənmir frazeologizm: toyu gördü, tərəngə yadından çıxdı frazeologizm: toyuq tara çıxanda frazeologizm: tut ucundan, göyə çıx frazeologizm: tüstüsü düz çıxmaq frazeologizm: tüstüsü təpəsindən (başından) çıxmaq frazeologizm: uğuruna çıxmaq (gəlmək) frazeologizm: uğuruna xeyir çıxmaq frazeologizm: üfürsən, canı çıxar frazeologizm: ümidi boşa (puça) çıxmaq frazeologizm: ürəyi ağzından (yerindən) çıxmaq frazeologizm: üzə çıxmaq frazeologizm: üzü astarından baha başa gəlmək (çıxmaq) frazeologizm: üzüağ çıxmaq frazeologizm: üzüqara çıxmaq frazeologizm: var-yoxdan çıxmaq frazeologizm: vədinə xilaf çıxmaq frazeologizm: vəziyyətdən çıxmaq frazeologizm: vurdu daşa, çıxdı başa frazeologizm: yaddan çıxmaq frazeologizm: yağışdan çıxıb yağmura düşmək frazeologizm: yağlı əppək olub göyə çıxmaq frazeologizm: yoxa çıxmaq frazeologizm: yola çıxmaq frazeologizm: yoluna çıxmaq frazeologizm: yolundan çıxmaq frazeologizm: yolunun üstünə qara pişik çıxmaq frazeologizm: yuxusu çin çıxmaq frazeologizm: zamanın sınağından çıxmaq frazeologizm: zayı çıxmaq frazeologizm: zibili çıxmaq frazeologizm: zibili dizə çıxmaq Azərbaycan dilinin izahlı lüğəti