Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çırtlamaq [çırtdamax] feil

1. Qabığı, bərk şeyi dişlə bərk basaraq parçalamaq; xırdalamaq; sındırmaq.Tum çırtlamaq.
2. Gül açmağa başlamaq, açılmağa, cücərməyə başlamaq...Bizim yerdə bir yazda – gül çırtlayanda, bir də payızda – qoz çatlayanda bərk külək əsir. (Ə.Məmmədxanlı).
3. Məcazi mənada: yenicə doğmaq, çıxmaq (Günəş haqqında).Şərq üfüqlərində günəş yenicə çırtlamağa başlayırdı. (M.İbrahimov).

Həmçinin bax:

frazeologizm: çiçəyi çırtlamaq Azərbaycan dilinin izahlı lüğəti