Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çırpmaq [çırpmax] feil

1. Tozunu almaq və ya başqa məqsədlə ağac və ya əllə vurmaq, döyəcləmək, silkələmək. Yun çırpmaq. Xalçanı çırpmaq.
2. Şiddətlə vurmaq, çarpmaq, yıxmaq; hirslə atmaq, tullamaq.Pası əl-ayağını uzadır və özünü yerə çırpırdı. (S.Rəhimov).
3. Çarpdırmaq, vurmaq; ilişdirmək, zərbə endirmək.Xəzri yeli axşamdan hirslə qalxıb, Bakı küçələrinin toz-torpağını daşa-divara çırpırdı. (S.Qənizadə).
4. Tez-tez vurmaq, döyünmək (“qəlbi”, “ürəyi” sözləri ilə).Bu zaman bizim qəlbimiz daha həyəcanla çırpır. (M.İbrahimov).
5. Tut, qaysı və bəzi başqa meyvələri ağacın budaqlarını bir şeylə vurmaq və ya əllə tərpətməklə yerə tökmək...ağasının həyətində kələm əkir, göyərti becərir, tut ağaclarını çırpır, tutundan sirkə qayırırdı. (Y.V.Çəmənzəminli).
6. Gizlicə götürmək; oğurlamaq, çalmaq...Görəsən, varislərindən nə qədər çırpıbdır. (Ə.Haqverdiyev).
7. Bişirmək üçün yumurtanı sındırıb içindəkini qaba tökmək.Küküyə üç dənə yumurta çırpmaq.

Həmçinin bax:

frazeologizm: qapını çırpmaq frazeologizm: qapını üzünə çırpmaq frazeologizm: özünü dağa-daşa çırpmaq (vurmaq) frazeologizm: özünü yerə vurmaq (çırpmaq, sürtmək) frazeologizm: üzünə çırpmaq (vurmaq) Azərbaycan dilinin izahlı lüğəti