Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çırpınmaq [çırpımmax] feil

1. Bərk döyünmək, oynamaq, titrəmək, vurmaq.Ürəyi (qəlbi) çırpınmaq.
2. Özünü xilas etmək üçün qanadlarını oynadaraq təlaş içində çalışmaq (quşlar haqqında).Qızılquş pəncəsindən qurtulub özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün həyəcanla çırpınır, əllərimizi dimdikləyirdi. (A.Şaiq).
3. Zərbə ilə örtülmək, bağlanmaq.Qapı çırpıldı.
4. Səs çıxardaraq toxunmaq, xəfifcə çarpmaq.Neva çırpınır yatağında: Sudan çıxmış balıq kimi. (R.Rza).
5. Üstündəki tozu, torpağı, su damlalarını düşürtmək üçün bədəni şiddətlə sarsıtmaq; silkələnmək.Qoyun çimdiriləndən sonra çırpındı.

Azərbaycan dilinin izahlı lüğəti