1. Bir şeylə vurularaq tozu çıxarılmaq (yorğan-döşək, geyim, xalça-palaz və s. haqqında). □ İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəritə atıldığını görmək olurdu. (Mir Cəlal).
2. Bərk səslə örtülmək. □ Hümmət cavab verincəyə qədər qapı çırpıldı. (B.Bayramov).
3. Şappıltı ilə yerə dəymək: yıxılmaq. □ Gülüş .. otağın içində hərlədi, hıçqıra-hıçqıra qovladı, birdən sürüşüb üzüüstə döşəməyə çırpıldı. (S.Rəhimov).