Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çığırmaq [çığırmax] feil

1. Bərk qışqırmaq, bağırmaq; çığıra-çığıra demək, bərk səslə demək.Oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. (Atalar sözü).
2. Bərkdən ağlamaq, fəryad etmək, haray salmaq, bağırmaq.Gördüm ki, bir balaca uşaq yıxılıb adamların ayağının altına, çığırır. (M.S.Ordubadi).
3. Bərkdən özünəməxsus səs çıxartmaq (heyvanlar və quşlar haqqında).Atlar daha da şiddətlə başladılar çığırmağa. (C.Məmmədquluzadə).

Azərbaycan dilinin izahlı lüğəti