1. İstiqaməti dəyişdirmək, başqa tərəfə yönəltmək. □ Üzünü bizə çevir.
2. Bir şeyin vəziyyətini, yerini dəyişmək, döndərmək; başıaşağı qoymaq. □ Stəkanı çevirmək.
3. Vərəqləmək. □ ..Açıq kitabın vərəqini çevirdi. (Ə.Vəliyev)
4. Bir şeyi başqa bir vəziyyətə salmaq, başqa bir şeyə döndərmək, ona tamamilə başqa bir görünüş vermək. □ Alovun saçdığı işıq gecəni gündüzə çevirmişdi. (Ə.Vəliyev)
5. Tərcümə etmək. □ Farscadan azərbaycancaya çevirmək.
6. Şumlamaq, təpmək, belləmək. □ Qoş kotanı, çevirgilən düzləri; Günlüyün birindən bir anbar olsun. (Aşıq Ələsgər)
Həmçinin bax: