1. Bir şeyi bir yerdən kənar etmək, xaric etmək, dışarıya atmaq; bir yerdən götürüb başqa yerə qoymaq. □ Mebeli otaqdan çıxar(t)maq.
2. Bir şeyin içərisində olan başqa bir şeyi oradan götürmək. □ Cibindən pul çıxar(t)maq.
3. İşdən, vəzifədən, məktəbdən və s.-dən xaric etmək; azad etmək. □ Vəzifədən çıxar(t)maq.
4. Qərar vermək, hökm vermək, təklif etmək. □ İclas öz-özünə dağıldı, heç bir qərar çıxarmadılar. (M.Hüseyn).
5. Paltarını, ayaqqabısını, papağını və s. kənar etmək; soyunmaq. □ Papağını çıxar(t)maq.
6. Bitdiyi, yapışdığı, girdiyi yerdən çəkərək kökü ilə birlikdə qoparmaq. □ Ağrıyan dişi çıxar(t)maq.
7. Təhlükəli yerdən uzaqlaşdırmaq, başqa, təhlükəsiz yerə köçürmək. □ Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı. (M.Hüseyn).
8. Zorla olduğu yerdən çıxmağa məcbur etmək; qovmaq. □ Sürünü əkin yerindən çıxar(t)maq.
9. Müvəqqəti olaraq yaşadığı yerdən başqa yerə aparmaq. □ Uşaqları yayda şəhərdən çıxar(t)maq.
10. Nəşr etmək, çap etmək, buraxmaq. □ C.Məmmədquluzadənin təsvirinə və tarixi sənədlərə görə o zaman Azərbaycan dilində qəzet çıxarmaq çox çətin məsələ imiş. (M.İbrahimov).
11. Yerin altından istehsal etmək. □ Neft (qaz) çıxar(t)maq.
12. Yara, səpmə və s. əmələ gəlmək. □ Çiban çıxar(t)maq.
13. Hündür bir yerə qaldırmaq, aparmaq. □ Şiferləri dama çıxar(t)maq.
14. Oynamaq, göstərmək, nümayiş etdirmək. □ Qədim vaxtlarda komediyanı yunanilər gülüş üçün çıxardırdılar. (N.Nərimanov).
15. Atmaq, pozmaq, qaralamaq. □ Əlyazmasının beşinci abzasını çıxar(t)maq.
16. Boşamaq, ayrılmaq. □ Arvadını çıxarmaq.
Həmçinin bax: