Reklam
Reklam

Tarix terminləri lüğəti

padşah

pəhləvi. padşah – himayəçi hökmdar < pati – himayəçi, müdafiəçi + şah – hökmdar

Bir sıra Yaxın və Orta Şərq ölkələrində hökmdar titulu.

Sasanilər dövründə İranda işlənən “şahənşah” (fars. – “şahlar şahı”) titulu sünni təriqətindən olan müsəlmanlar üçün qəbuledilməz olub. Onlar hesab ediblər ki, “şahlar şahı” yalnız Allaha deyilə bilər. Bu səbəbdən sünni dövlətlərində “şahənşah”ın analoqu olan P. titulundan istifadə edilib. Osmanlı dövlətinin (XV əsr –1922), Moğollar imperiyasının (1526–1858), Dürranilər imperiyasının (1747–1823) və bir sıra digər dövlətlərin hökmdarları P. adlandırılıb.

Tarix terminləri lüğəti