1. Zərbə ilə vurulub ortadan uzununa aralanmaq; bölünmək, kəsilmək, parçalanmaq.
2. Yaralanmaq. □ Bəy ilə bəy dalaşdı, nökərin başı yarıldı. (Atalar sözü).
3. Maneə rəf edilərək yol açılmaq. □ Cəbhə yarıldı. Müdafiə xətti yarıldı.
4. Oğurluq məqsədilə sındırılıb (dağıdılıb) açılmaq. □ Yenə kimin isə öldürüldüyünü, qız qaçırıldığını, ya adam soyulduğunu, bəlkə dükan yarıldığını güman edirdilər. (Mir Cəlal).
5. Şaqqalanmaq. □ Meşənin arası, çal qayalığın ayağı iki yana yarılmışdı. (S.Rəhimov).
See also:
Tam bir şeyin iki bərabər hissəsindən biri; tam bir şeyin tən yarısı. □ Yarım manat. Yarım litr. Yarım gün. Yarım ton.
Qeyd: yarım... Mürəkkəb sözlərin, “tam, tamamilə deyil, qismən, yarımçıq” mənasında olan birinci tərkib hissəsi; məsələn, yapımbayğın, yarımasılı, yarımağız və s.
See also: