Bax: yarımçılpaq.
Tam gerçək olmayan, qismən gerçək olaraq. □ Yarızarafat, yarıgerçək dedi.
Tam geyinməmiş. □ Yarıgeyinmiş uşaq.
Yarıqiymətinə, yarıbahasına.
Könülsüz olaraq; istəməyərək. □ Tapdıq yarıkönül razı oldu. (Ə.Vəliyev).
1. Bir şey üzərində uzununa dərin kəsik. □ Divardakı yarıq.
2. Yarılıb açılmış yer. □ Qəhrəman səhərə yaxın daş yolun altındakı qayanın yarığına girib uzandı. (Ə.Vəliyev).
3. Sifət kimi: yarılmış.
Tam qapalı, örtülü olmayan; azca qapalı, bir qədər örtülü; yarıaçıq. □ Yarıqapalı göz. Yarıqapalı pəncərə. Yarıqapalı üz.
Tam qaranlıq olmayan; ala-qaranlıq. □ Yarıqaranlıq zirzəmi. Yarıqaranlıq otaq.
Yarığı, yarıqları, kəsiyi olan. □ Yarıqlı torpaq.
Yarıq şəklində olan, yarıq şəklində.
Yarığı, kəsiyi çox olan; hər tərəfi yarıq; yarılmış, yarıqlarla örtülmüş; çatlaq-çatlaq. □ Əlləri yarıq-yarıq olmuşdu. Taxta yarıq-yarıqdır.
Bax: yarılamaq.
1. İki (bərabər) hissəyə bölmək, yarıya bölmək. □ Almanı yarılamaq. Kağızı yarılamaq.
2. Bir işin yarısını görmək, yolun yarısını qət etmək, yolun yarısına çatmaq. □ İşi yarılamaq. Yolu yarılamaq.
Bax: yarılanmaq.
1. İki hissəyə bölünmək, yarıya bölünmək.
2. Bir işin yarısı görülmək.