1. Odlanmaq, alovlanmaq, od tutmaq, tutaşmaq, odun, istinin təsiri ilə məhv olmaq, külə dönmək. □ Odun yaxşı yanır. Kağız tonqala düşüb yandı. Buxarıdakı odunların hamısı yandı. Taya yandı. Bir meşəyə od düşsə, quru da yanar, yaş da. (Atalar sözü).
2. Həddən artıq od üstə qalmaqdan, yaxud çox qızmaqdan yanmış kimi olmaq, xarab olmaq, qupquru qurumaq, yanıq dadı vermək. □ Xörək yandı. Ət yandı. Çörəklər təndirdə yandı.
3. İşıq vermək, işıqlanmağa başlamaq. □ Lampalar yandı. Şam yandı. Evdə elektrik yanır.
4. İşıldamaq, par-par parıldamaq, bərq vurmaq. □ Qılınclar günəş şüaları altında yanırdı. Barmağında üzüyün qaşı yanır. Otların üzərindəki şeh almaz kimi yanırdı.
5. Bərk qızdırması, hərarəti olmaq. □ Gecə səhərə qədər bədənim yanıb. Əlimi alnına qoydum, gördüm yanır.
6. Qan axıb gəlməsindən hərarətlənib qızarmaq. □ Qulaqlarım yanır. Üzü yanır. Yanaqları yanır.
7. Görünmək, nümayan olmaq, qızararaq parlamaq, nura qərq olmaq, işıqlanmaq. □ Göydə ulduzlar yandı. Üfüqdə qırmızı şəfəq yandı.
8. Günəş şüalarının təsirindən rəngi qaralmaq, rəngi bozarmaq, rəngi qaçmaq. □ Bədəninin dərisi gündən yanıb.
9. Yağışsızlıqdan, quraqlıqdan məhv olmaq, qurumaq. □ Keçən il quraqlıqdan əkinlər yanmışdı.
10. Bərk susuzluq hiss etmək, bərk su içmək istəmək, susuzluqdan əziyyət çəkmək. □ Gəzdim hər yanını Milin, Muğanın; Yandıqca arxların suyundan içdim. (S.Vurğun).
11. Məcazi mənada: birisinə qarşı qəzəbi, kini, acığı olmaq; acıq çəkmək (adətən tərkiblərdə). □ Üzümə dost kimi bəzən gülürsən; Dalda paxıllıqdan yanıb ölürsən. (S.Vurğun).
12. Məcazi mənada: güclü bir hissi, ehtirası ifadə etmək. □ Gözləri şadlıqdan yanır. Üz-gözü intiqam hissi ilə yanırdı.
13. Hədərə çıxmaq, boşa getmək, heçə çıxmaq; uduzmaq. □ Kartı yandı. Üçlüyü yandı.
14. Zərər və ziyan çəkmək, dərs almaq. □ Mən bu işdə yandım.
15. Məcazi mənada: başqasının əziyyətini çəkmək, halına qalmaq, qeydinə qalmaq, başqası üçün heyifsilənmək, acımaq, təəssüf etmək (bəzən “halını”, “əhvalını” sözləri ilə də işlənir). □ Onun halına yanıram. Yanan öz dərdinə yanar. (Atalar sözü).
16. Məcazi mənada: çox ələm və kədər çəkmək, hicran çəkmək.
See also:
1. Çoxdanışan, zəvzək, uzunçu. □ Çox yanşaq adamdır.
2. Çox hürən; hürəyən. □ ...hələ burada oturub bir üç gün də yanşaq it kimi hürəcək. (Ə.Haqverdiyev).
3. Arxaizm. İsim kimi: aşıq, ozan. □ Bil ki, bura yanşaqlarının geyimi başqa cür olur. (“Əsli və Kərəm”).
Azərbaycan dilinin izahlı lüğəti